Türkiyə qırıcıları Əsəd qüvvələrini bombaladı: 11 ölü
Türkiyə bombardmançılarının Afrində YPG mövqelərinə aviazərbələr endirməsi nəticəsində Bəşər Əsəd yönümlü qüvvələr tərəfində vuruşan 11 döyüşçü ölüb.
Cəma kəndinin bombalanması zamanı Əsədə sadiq 11 döyüşçü ilə yanaşı, 3 terrorçu da məhv edilib.
Ümumilikdə isə 14 nəfərin məhv edildiyi bildirilib.
Qeyd edək ki, Əsəd tərəfdarları “Xalq Qüvvələri” adı altında 11 gün əvvəl Afrinə daxil olmuşdu.
Mənbə:> Axar.az