Türkiyə XİN: Afrində terrorçu qüvvələrin toplaşmasına imkan verilməyəcək
Türkiyə Afrin bölgəsində hər hansı terrorçu qüvvələrin, eləcə də “Suriya xalq qüvvələri”nin toplaşmasına imkan verməyəcək.
Virtualaz.org yerli KİV-ə istinadən məllumatına görə, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir qeyd edib ki, ötən gün özünü “Suriya xalq qüvvələri” adlandıran qruplaşma Afrinə daxil olmağa çalışıb. Türkiyə Silahlı Qüvvələri onlara ciddi müqavimət göstərib.
M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə üçün prioritet Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasıdır.
Xatırladaq ki, bundan əvvəl yayılan məlumatda bildirilirdi ki, Türkiyə Silahlı Qüvvələri Afrin bölgəsi istiqamətində hərəkət edən bütün qüvvələri məhv etmək barədə əmr alıb.
Türkiyə SQ-nin Baş Qərargahı bu qərarı “Suriya Xalq Qüvvələri” qruplaşmasının Afrinə girmək cəhdinin qarşısının alınmasından sonra qəbul edib.
Yeri gəlmişkən, Türkiyənin jandarm qüvvələri və xüsusi təyinatlı polisi Afrində terrorçulardan təmizlənmiş ərazilərə daxil olub.
Mənbə:> Virtualaz.org