Türkiyə Ordusu Afrində daha üç kəndi terrorçulardan təmizlədi
Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 1641-ə çatıb.
Virtualaz.org bildirir ki, bu barədə Türkiyə SQ-nin Baş Qərargahı məlumat yayıb.
Məlumatda deyilir ki, ötən sutka Afrində PYD, YPG və İŞİD terror təşkilatlarının 27 üzvü zərərsizləşdirilib və daha üç kənd-İkidam, Şeltah və Merseva terrorçulardan təmizlənib.
Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələri terrorçuların 15 obyektinə, o cümlədən, silah anbarına və döyüşçülərin sığınacağına zərbələr endirib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Mənbə:> Virtualaz.org