“Zeytun budağı”: Yüzlərlə terrorçu zərərsizləşdirilib
Suriyanın Afrin bölgəsinin şimal-şərqində “Zeytun budağı” əməliyyatının gedişində öldürülən terrorçuların sayı 597 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Baş Ordu Qərargahı bəyanat yayıb.
Məlumata görə, Afrinda təkcə yanvarın 29-da gecə ərzində hərbi aviasiya PKK/KCK/PYD-YPG və İŞİD terrorçularına aid 44 obyekti məhv edib.
Hava reydlərində iştirak edən 25 təyyarə hava zərbələrindən sonra təhkim olunduqları hərbi hissəyə geri dönüb.
Gecə döyüşlərində Afrin əməliyyatında iştirak edən Azad Suriya Ordusunun dörd döyüşçüsü yaralanıb, 40 terrorçu zərərsizləşdirilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı qüvvələri Suriyanın Afrin şəhərində Azad Suriya Ordusu ilə birgə “Zeytun budağı” adlı əməliyyata başlayıb.
Mənbə:> Oxu.Az