Türkiyəyə Afrindən QARA XƏBƏR
Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatı keçirən Türkiyəyə növbəti qara xəbər gəlib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyatın gedişatında daha 2 əsgər şəhid olub, 11-i yaralanıb.
Beləliklə, Türkiyə ordusunda şəhidlərin sayı 5-ə, yaralıların sayı isə 41-ə yüksəlib. Əməliyyatda iştirak edən Azad Suriya Ordusunun (ASO) 13 döyüşçüsünün həyatını itirdiyi, 24-nün isə yaralandığı bildirilir.
Türkiyə Silahlı qüvvələrinin Baş qərargahının açıqladığı məlumata görə, əməliyyatın gedişatında 394 PKK/PYD və İŞİD terrorçusu öldürülüb.
Qeyd edək ki, Afrinin PYD terror təşkilatından (PKK terror təşkilatının Suriya qanadı –red.) təmizlənməsi üçün keçirilən “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb.
Mənbə:> Publika.az