Suriyanın xəritəsi 24 saatda dəyişdi - “Zeytun budağı”ında BÖYÜK UĞUR – FOTO
Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində 9 kəndi nəzarət altına alıb.
Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 19:30-a olan məlumata görə, ASO "Zeytun budağı" əməliyyatı çərçivəsində Şengel kəndindən sonra daha 8 kəndi ələ keçirib.
Afrin və Türkiyə arasında yerləşən Kürd dağı bölgəsindən 7-8 kilometrlik irəliləmə təmin edilib.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı dünən axşam saatlarında başlayıb. 72 hərbi təyyarə ilə başladılan əməliyyat zamanı əvvəlcədən müəyyən edilən 113 hədəfdən 108-i dəqiqliklə vurulub. Hava zərbələrinin ardından quru əməliyyatı başlayıb.
Bu gün saat 11:05 radələrində sərhədi keçən Türkiyə Silahlı qüvvələri ASO ilə müxtəlif istiqamətlərdən Afrinə doğru irəliləyir. Bu gün 32 türk qırıcı ilə 45 hədəf vurulub. ASO Afrinin şimali-qərbində 3 YPG terroçusunun ələ keçirildiyini açıqlayıb.
Mənbə:> Publika.az