Türk ordusu Suriyanın “Qiyamət şəhəri”ni İŞİD-dən azad edib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

Türk ordusu Suriyanın “Qiyamət şəhəri”ni İŞİD-dən azad edib

Türk ordusu Suriyanın “Qiyamət şəhəri”ni İŞİD-dən azad edib


Türkiyə ordusunun Suriyada başlatdığı Fərat Qalxanı Əməliyyatı çərçivəsində dəstəklədiyi Azad Suriya Ordusu Dabık kəndi və Hələbin Soran qəsəbəsini İŞİD terrorçularından azad edib.

Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, artıq Dabık kəndi və Soran qəsəbəsi tam nəzarətə götürülüb, Azad Suriya Ordusu bölgəyə daxil olub, içəridə təmizlik işləri aparılır.

Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azad Suriya Ordusu terrorçuların quraşdırdığı partlayıcıları zərərsizləşdirir.

İndi əsas hədəf Dabıkın şimalındakı 4 yaşayış məntəqəsəsinin terrorçulardan təmizlənməsidir. Bundan sonra bölgə tam nəzarətə götürüləcək.

Qeyd olunur ki, Dabık kəndi İŞİD üçün simvolik xarakter daşıyır. Belə ki, terror təşkilatı Dabıkda qiyamətin başlayacağına inanır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *