İraq ordusu daha bir yaşayış məntəqəsini İŞİD-dən azad edib
İraq ordusu Əl-Fəlucə şəhəri yaxınlığında yerləşən Əs-Səkləviyyə şəhərini İŞİD terrorçularından azad edib.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Daha öncə İraq ordusu bütün cəbhə xətti üzrə Əl-Fəlucə şəhərinə hücuma keçərək şəhərin Ən-Nüaymiyyə rayonunu nəzarətə götürüb.
Qeyd edək ki, Əl-Fəlucə şəhəri 1014-cü ildə İŞİD-in nəzarətinə keçib.
Mənbə:> APA