Suriya ordusu Ər-Rəbiyə şəhərini azad etdi
Suriya hökümət qoşunları Latakiya vilayətində yerləşən Ər-Rəbiyə şəhərini yaraqlılardan azad ediblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə Reuters yerli televiziyaya istinadən xəbər verir.
Məlumata əsasən, şəhər yanvarın 24-də azad olunub. Hökümət qüvvələri Türkiyə sərhədi yaxınlığında hərəkətə keçiblər.
SANA agentliyinin məlumatına görə, Ər-Roud yaşayış məntəqəsi də azad edilib. Döyüşlər zamanı xeyli sayda yaraqlı öldürülüb.
Mənbə:> Oxu.Az