Suriya ordusu hücumu davam etdirir
Suriyanın Latakiya əyalətində 300-dən çox terrorçu məhv edilib.
Oxu.Az ria.ru-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Suriyanın silahlı qüvvələrindən olan rəsmi nümayəndəsi briqada generalı Əli Mayhub bildirib.
“Latakiya əyalətində 300-dən çox terrorçu, Salma və Sad badradun şəhərlərində pulemyotlu maşınlar məhv edilib”, - Əli Mayhub deyib.
O, həmçinin bildirib ki, Suriyanın SQ Cub əl-Əhmərə və Salma şəhərinin bir hissəsinə nəzarət edir.
Mənbə:> Oxu.Az