Terrorçular mülki şəxslərin kütləvi qətlini törədib
“Cəbhə ən-Nüsrə” terror təşkilatının yaraqlıları Suriyanın Homs əyalətinin şimalında Teermala qəsəbəsində dinc vətəndaşların kütləvi qətlini törədib, Suriyanın xəbər portalı Champress məlumat yayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, qətllər mərkəzi meydanda məscidin yanında baş verib. Terrorçuların Suriya ordusunun dinc sakinlərini öldürməkdə məqsədi, məscid və evlərin dağıdılmasında ittiham etmək idi.
Həlak olan vətəndaşların sayı dəqiqləşdirilmir.
Suriyanın Müdafiə Nazirliyinin nümayəndəsi Suriyanın milli agentliyi CAHA-ya bəyan edib ki, Suriya ordusu mülki vətəndaşlar olan yaşayış məntəqələrinə hücum etmir, baş verənlər üçün bütün məsuliyyəti “Cəhbə ən-Nüsrə” və onun terrorçu müttəfiqləri daşıyır.
Suriya ordusu cümə axşamı səhər Homs vilayətinin şimalında miqyaslı hərbi əməliyyata başlayıb. Teermalada 20-yə yaxın terrorçu məhv edilib, bura islamçıların hərbi əməliyyatlarının planlaşdırılmasına cavabdeh olan sahə komandiri də daxildir.
Mənbə:> Oxu.Az