Qızğın döyüşlər gözlənilir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

Qızğın döyüşlər gözlənilir

Qızğın döyüşlər gözlənilir


Suriyanın şimal bölgələrində daha böyük əraziləri ələ keçirən üsyançılar və onların müttəfiqləri prezident Bəşər Əsədi dəstəkləyən Livanın Hizbullah döyüşçülərinə qarşı yeni hücumlara hazırlaşır.

ANS PRESS-in məlumatına görə, çərşənbə axşamı günü üsyançılar Qalamunda yeni müttəfiqliyin qurulacağını elan edib.
Ötən il Suriya qüvvələri Hizbullah döyüşçüləri ilə birlikdə paytaxt Dəməşq yaxınlığındakı Qalamun bölgəsindən rəqib döyüşçüləri çıxarmışdı. Hücumlar Qusair şəhərində qızğın döyüşlərə yol açmışdı. İndi isə rəqib döyüşçülər Əsəd qüvvələrinin nəzarətində olan bu şəhərdə itkiləri, ötən ay koalisiyasının İdlib və Əl-Şuqor şəhərlərini ələ keçirdiyi şimal bölgələrdə mövcudluğunu bərpa etməyə çalışır.

Suriyanın rəqib döyüşçüləri və Hizbullah son zamanlar şəhərə hücumla bağlı onlayn təbiğatını gücləndirib. Keçən həftə sonu Əl-Nüsrə, döyüşçülərinin tankvuran silahlarla təlimlər keçdiyini nümayiş etdirən fotolar yayımlamışdı. Suriyanın rəqib qüvvələrinin komandirləri Amerikanın Səsinə bildirib ki, həmin silahlar Əl-Nüsrə tərəfindən ələ keçirilən silah cəbbəxanasından götürülüb.

ABŞ Dövlət Departamentinin rəsmisi Əl-Nüsrənin Əl-Qaidə ilə əlaqəsi olduğu üçün terror təşkilatı siyahısına salındığını bildirib. Hizbullah və Suriya hökuməti bildirib ki, Dəraa və Qunetrada olan İŞİD-in Əl-Nüsrəyə qarşı hücumlarından bəhrələnə bilərlər.

Livanın Əs-Səfir qəzetinin yazdığına görə, Əl-Nüsrənin komandirləri İŞİD-in bu iki vilayətdə hücuma keçməsinin Qalamun uğrunda döyüşləri səngidə biləcəyini etiraf edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *