İŞİD qaçqın düşərgəsinə girdi
İŞİD terror qruplaşması Suriyanın paytaxtı Dəməşq yaxınlığında hücumlara başlayıb.
ANS PRESS-in məlumatına görə, paytaxt Dəməşqə ilk dəfə bu qədər yaxın olan İŞİD silahlıları Yarmuq qaçqın düşərgəsinə hücum edib. Bu barədə Suriyada insan haqlarını müdafiə edən qruplar və fələstinli nümayəndələr xəbər verib.
Düşərgənin böyük hissəsini ələ keçirən İŞİD-çilərlə düşərgədəki qaçqınlar arasında qarşıdurma yaşanıb və cənub hissəni ələ keçiriblər.
Qeyd edək ki, son hücumlarda İŞİD terror qruplaşmasına əl-nusra cəbhəsinin də kömək etdiyi bildirilir.
Mənbə:> ANSPRESS