Türkiyədən Britaniyaya tənqid
Türkiyənin təhlükəsilik rəsmiləri britaniyalı həmkarlarını ötən həftə İŞİD sıralarına qoşulmaq üçün Türkiyədən keçərək Suriyaya səfər edən 3 qızla bağlı məlumatın yubadılmasında günahlandırıb.
Britaniya isə tənqidləri Türkiyənin günahı boynundan atmaq cəhdi kimi qiymətləndirərək, Türkiyənin Suriyaya keçən xarici döyüşçülər üçün tranzit ölkə olaraq qaldığını bildirib.
15-lə 17 yaş arasında qızların Türkiyə hava yollarına məxsus təyyarə ilə İstanbula uçduğu bildirilib.
Türkiyə rəsmiləri qızların İstabula uşduğu barədə məlumatın 3 gün sonra əldə edildiyini deyir. Onlar Türkiyənin bunun məsuliyyətini daşımadığını, turistlərin ağlından keçənləri oxumağın qeyri-mümkünlüyünü bildirir.
Ötən il Türkiyənin sabiq xarici işlər naziri və hazırkı baş naziri Əhməd Davutoğlu Türkiyənin Suriyaya keçən xarici döyüşçülər üçün transit ölkə olduğuna dair sualın cavabında onların nə əsasında saxlanmalı olduğunu demişdi. O, Türkiyənin 34 milyon turist qəbul etdiyini və onların saqqalı varsa terrorist kimi qəbul edilməli oduğunu sual altına almışdı.
Londonla Ankara arasında mübahisələr Qərb ölkələrindən insanların ekstremistlərin sıralarına cəlb edilməsinə dair narahatlıqları daha da artırıb.
Təhlilçilər Suriyanın rəqib liderlərinin prezident Bəşar Əl-Əsədin devrilməsini istəyən Türkiyənin yaraqlıların hərəkətinə aylarla göz yummasına baxmayaraq, hazırda sərhədlərinin nəzarətini gücləndirdiyni dediklərini bildirir.
Sərhədlərdə yük maşınlarının yoxlanışı aparılır. Sürücülər saatlarla gözləməli olur. Suriyanın rəqib döyüşçülərinin adını açıqlamayan komandirlərindən biri deyib ki, İstanbulun iki hava limanında şübhəlilər saxlanılıb sorğu-suala çəkilir. O, döyüşçülərinin birinin 3 gün orada qaldığını deyib.
Türkiyənin sərhəd Qazientep, Hatay və Urfa şəhərlərinə uçan təyyarə sərnişinlərinin ciddi yoxlanışı aparılsa da, Avropa ölkələrindən İslam Dövlətinə qoşulmaq istəyən qadınların çoxu saxlanılmır. ABŞ və Avropanın kəşfiyyat rəsmiləri hər ay Suriyaya min xarici döyüşçünün keçdiyini bildirir.
Parisdə terror aksiyalarını törədənlərdən birinin həyat yoldaşı Həyat Bumeddine İstanbula girərkən heç bir problemlə üzləşməmişdi.
Ankara isə son həftələr ərzində ekstremist olduqların şübhələnilən 400-dən 2 minə yaxın adamın deportasiya edildiyini iddia edir.
Qərb rəsmiləri 20 min xarici döyüşçünün Suriyaya keçdiyini təxmin edir. Onların 3-4 mininin Avropa ölkələrindən olduğu bildirilir.
Mənbə:> ANSPRESS