Rus general: “Əsədlə müxalifəti birləşdirməyə çalışırıq” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

Rus general: “Əsədlə müxalifəti birləşdirməyə çalışırıq”

Rus general: “Əsədlə müxalifəti birləşdirməyə çalışırıq”


Azad Suriya Ordusunun döyüşçülərinin sayı 5 min nəfərdir.

Axar.az xəbər verir ki, bunu xarici ölkələrin hərbi diplomatik korpuslarının rəhbərləri ilə görüşü zamanı Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov söyləyib. Onun sözlərinə görə, hazırda Azad Suriya Ordusunun bölmələri Xüms, Həma, Hələb və Rakka istiqamətində hücum həyata keçirirlər:

“Azad Suriya Ordusuna dəstək üçün Rusiya hər gün 30-40 aviasiya zərbəsi endirir. Biz həmçinin onlara silah və digər şeylərlə dəstək veririk. Rusiya terrorçuların məhvi üçün hökumət qüvvələri ilə müxalifətin gücünün birləşdirilməsinə çalışır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimi Putin Suriya müxalifətinə İŞİD-lə mübarizədə dəstək verdiyini açıqlayıb. Prezidentin mətbuat katibi Dmitri Peskov isə Moskvanın Suriyada yeganə müttəfiqinin Bəşər Əsəd hökuməti olduğunu açıqlayıb.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *