Türk ordusunun Suriyaya müdaxiləsi ilə bağlı açıqlama
Bu gün Türkiyə Silahlı Qüvvələri Suriya ərazisindəki Cerablus qəsəbəsini bombalayıb. Bombardman nəticəsində xeyli İŞİD hədəfi məhv edilib.
Bizimyol.info xəbər verir ki, bombardmanın ardınca TSQ-ya aid tanklar Suriyaya daxil olub. Tankların ardınca isə Azad Suriya Ordusunun könüllüləri bölgəyə daxil olublar. 2 kənd Azad Suriya Ordusunun əlinə keçib.
Az öncə “Fırat Qalxanı” adlı əməliyyatla bağlı rəsmi açıqlama verilib.
Açıqlamaya görə F-16-lar 81 İŞİD hədəfini vurub. Əməliyyat gecə 04.00 radələrində başlayıb və hələ də davam edir.
Əməliyyatda "Bordo Bərəli" adlanan xüsusi təyinatlı qrup da iştirak edir. Açıqlamaya görə Cerablus qəsəbəsində bütün rəsmi qurumlar ələ keçirilib. Əməliyyat zamanı heç bir türk əsgəri şəhid olmayıb. Atışmalar zamanı Azad Suriya Ordusunun bir könüllüsü ölüb. Azad Suriya Ordusundan yaralıların olduğu deyilir.
Əməliyyatla bağlı növbəti rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi bildirilib.
Mənbə:> Bizimyol.info