Türkiyə raket atəşinə tutulub – FOTO
Türkiyənin Kilis əyalətinə Suriya ərazisindən üç raket atılıb.
Oxu.Az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, mərmilər şəhərin mərkəzinə düşüb, nəticədə bir nəfər yüngül xəsarətlər alıb, bəzi binalara ziyan dəyib.
Hadisə yerinə güc strukturlarının əməkdaşları cəlb edilib.
Xatırladaq ki, bundan əvvəl Türkiyə ordusu Bakı vaxtı ilə saat 18:00-da Suriyanın Afrin bölgəsində terrorçulara qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.
Baş Qərargahın məlumatına əsasən, əməliyyatda 72 hərbi təyyarə iştirak edib, müəyyən edilmiş 113 hədəfdən 108-i vurulub.
Türkiyənin baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatının yanvarın 21-də başlaya biləcəyini bəyan edib.
Mənbə:> Oxu.Az