İŞİD Türkiyə şəhərini raket atəşinə tutdu: Yaralılar var
Türkiyənin Suriya ilə sərhəddə yerləşən Kilis şəhərinin mərkəzinə iki raket mərmisi düşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters nəşrinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Hadisə zamanı ən azı iki nəfərin yaralandığı bildirilir. İnsidentin digər təfərrüatları açıqlanmır.
Qeyd edək ki, Kilis şəhəri bundan əvvəl Suriyada İŞİD-in nəzarət etdiyi ərazilərdən dəfələrlə raket atəşin tutulub. Nəticədə 18 nəfər həlak olub, 40 nəfər yaralanıb.
Türkiyə ordusu hər həmləyə cavab olaraq İŞİD mövqelərini bombalayıb.
Mənbə:> Oxu.Az