Türkiyə yenidən Suriya ərazisindən atəşə tutuldu
Türkiyənin Kilis şəhəri yenidən Suriyadan ərazisindən atəşə tutulub.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün saat 10:40 radələrində Kilis şəhərinin Dəmirçilər məhəlləsinə 2 qumbaraatan mərmisi düşüb.
Hadisə nəticəsində 6 nəfər yaralanıb. Hal-hazırda xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların həyatları üçün ciddi təhlükə yoxdur.
Türkiyə ordusu Qumbaraatan mərmisinin atıldığı Suriyanın Bab bölgəsinə artilleriya zərbəsi endirib.
Mənbə:> Oxu.Az