Türkiyə raket atəşinə tutuldu: Ölən və yaralananlar var
Türkiyənin Kilis şəhəri Suriya ərazisindən yenidən raket atəşinə tutulub.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 1 nəfər ölüb, daha iki nəfər yaralanıb.
Məlumatda bildirlir ki, iki mərmi Kilis şəhərinin mərkəzinə düşüb. İnsident yerli vaxtla saat 19:10-da qeydə alınıb.
Hadisə yerinə polis, xilasedicilər və tibbi yardım briqadaları cəlb edilib.
Qeyd edək ki, Kilis şəhəri bundan əvvəl Suriyada İŞİD-in nəzarət etdiyi ərazilərdən dəfələrlə raket atəşin tutulub.
Türkiyə ordusu hər həmləyə cavab olaraq İŞİD mövqelərini bombalayıb.
Mənbə:> Oxu.Az