Türkiyə Suriyada terrorçuları bombalayıb, ölənlər var
Türkiyə hərbi aviasiyası Suriyanın Cerablus bölgəsində PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin mövqelərinə zərbə endirib.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının bu barədə məlumat yayıb.
Buna səbəb YPG-nin Türkiyə ordusunun dəstəklədiyi müxalif Azad SuriyaOrdusuna və Türkiyə hərbi qüvvələrinə atəş açılması olub. Türkiyə qırıcı təyyarələri YPG qüvvələrinin istifadəyə etdiyi 5 binanı bombalayıb, 25 terrorçu məhv edilib. Baş Qərargah əməliyyatlar zamanı mülki şəxslərin zərər görməməsinə xüsusi diqqət yetirildiyini də bildirib.
Qeyd edək ki, dünən YPG silahlıları qumbaraatanla Cerablus şəhərinin cənubunda Türkiyə Silahlı Qüvvələrinin bir tankını vurub. Nəticədə bir əsgər şəhid olub, 3 əsgər yaralanıb.
Mənbə:> Oxu.az