Türkiyə Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki saxlanılıb
Türkiyə Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki vəzifəsindən azad edilərək saxlanılıb.
AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Türkiyənin “CNN Türk” kanalı məlumat yayıb.
Qeyd edək ki, hələ də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, həmçinin quru və hava qüvvələri komandanlarının yeri barədə heç bir məlumat yoxdur.
“Anadolu” Agentliyi verdiyi məlumata görə, III Ordu Hərəkat Qərargah başçısı, general Ekrem Çağlar da saxlanılıb.
Mənbə:> APA