Afrində 287 terrorçu zərərsizləşdirilib, 47 hədəf vurulub
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahı Suriyanın Afrin bölgəsində həyata keçirilən hərbi əməliyyatlarla bağlı son məlumatları açıqlayıb.
Virtualaz.org həmin məlumatlara istinadən bildirir ki, "Zeytun budağı" əməliyyatı çərçivəsində 287 terrorçu zərərsizləşdirilib.
O da bildirilib ki, ötən gün şəhid olan iki hərbçinin nəşi döyüş bölgəsində qaldığından götürmək mümkün olmayıb. Ümumiyyətlə, Türkiyə ordusu əməliyyatlar başlayandan 5 nəfər hərbçi itirib.
Bu gün isə hava hücumlarına 27 qırıcı təyyarə cəlb olunub, PKK, PYD və İŞİD terrorçularına məxsus 47 hədəf vurulub.
Hazırda Afrində antiterror əməliyyatları uğurla davam etdirilir.
Mənbə:> Virtualaz.org