Afrində iki türk əsgəri şəhid oldu
Türkiyə Ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatında iki türk əsgəri şəhid olub.
Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, onlar fevralın 7-də Afrin bölgəsində terrorçuların nəzarətindəki ərazilərdən türk hərbçilərinin atəşə tutulması nəticəsində şəhid olublar.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.
Mənbə:> Virtualaz.org