Suriyada daha 2 türk əsgəri şəhid oldu
Türkiyə Ordusunun Suriyanın Afrin şəhərində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində daha 2 əsgəri şəhid olub, daha 5 hərbçi isə yaralanıb.
Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.
Beləliklə, "Zeytun budağı" əməliyyatı çərçivəsində şəhid olan türk əsgərlərinin sayı 14-ə çatıb.
Türkiyə Ordusu isə əməliyyat çərçivəsində 965 yaraqlını məhv edib.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin şəhərində terorrçu PKK-nın bu ölkədəki qolu PYD və YPG silahlılarına qarşı "Zeytun budağı" əməliyyatının başlandığını elan edib.
Əməliyyatda "Azad Suriya Ordusu" da Türkiyəyə dəstək verir.
Mənbə:> Virtualaz.org