Rumıniya Moldovaya birləşmə təklif etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Rumıniya Moldovaya birləşmə təklif etdi

Rumıniya Moldovaya birləşmə təklif etdi

Rumıniya parlamenti tarixdə Bessarabiya adlanan bugünkü Moldovanın Rumıniyaya birləşməsinin 100-cü ildönümünə həsr olunan anma toplantısında yenidən həmin ölkə ilə birləşməyə çağırış edib, “niyyyət deklarasiyası” yayımlayıb.

Deklarasiyada rumınların - Rumıniyanın Moldova ilə yenidən birləşmə arzusu dilə gətirilir və bunun ancaq moldovanların qərarı ilə gerçəkləşə biləcəyi, Rumıniyanın isə buna artıq hazır olduğu vurğulanır.

Parlamentin anma toplantısındakı çıxışında hazırda iqtidarda olan Sosial-Demokrat Partiyasının (PSD) lideri Liviu Dragnea “Mən Moldova ilə bütünləşmək və tək bir millət, dövlət olaraq Avropa səhnəsində yer almaqdan yanayam”, - deyib.

Tədbirdə iştirak edən Moldova rəsmiləri də təklifə müsbət münasibət sərgiləyiblər.

Moldova parlamentinin spikeri Adrian Candui Moldovanın Rumıniyanın dəstəyinə ehtiyacı olduğunu söyləyib.

O, Avropa ilə bütünləşməyə gedən yolda “yolların və köprülərin” inşasının, işbirliyinin ancaq Rumıniyanın yardımı ilə mümkün olduğunu qeyd edib.

Qeyd edək ki, 1918-ci il martın 27-də Moldova-Kişinyov parlamentinin qərarı ilə Moldova Rumıniyanın tabeçiliyinə və tərkibinə keçmişdi.

1940-cı ildə isə Moldova Ruminiyadan zorla qoparılaraq, keçmiş SSRİ-nin tərkibinə daxil edilmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *