Moldova Rusiyaya nota verdi
Moldova Rusiyaya nota verib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Assoşieyted Press” agentliyi yayıb. Agentlik dünən Rusiyanın Moldovadakı diplomatlarının Xarici İşlər Nazirliyinə çağırıldığını və onlara Dnestryanıda Rusiyanın keçirdiyi hərbi təlimlə bağlı Kişniyovun etirazının çatdırıldığı bildirib.
Xarici İşlər Nazirliyi həmçinin bu gün təlimi pisləyəcək bəyanat da yayıb. Rəsmi Kişniyov Moskvanın bu addımının provokativ xarakter daşıdığını və Moldovanın ərazi bütövlüyünə hörmətsizlik olduğunu bildirib.
Qeyd edək ki, Rusiya yenidən Dnestryanıda hərbi təlimə başlayıb. Bu, Moskvanın qondarma respublikada son 1 ay ərzində ikinci hərbi təlimidir.
Dnestryanı Moldova ərazisidir. Bu bölgə 1991-ci ildə Moskvanın aktiv dəstəyi ilə Kişniyovun nəzarətindən çıxıb.
Mənbə:> Axar.az