Rusiya Türkiyəyə nota verdi – FOTO
Rusiya Müdafiə Nazirliyi Türkiyə - Suriya sərhəddində “SU-24” təyyarəsinin vurulması ilə əlaqədar ikinci dəfə açıqlama verib. ANS PRESS-in məlumatına görə, nazirlik rəsmisi Rusiya hərbi aviasiyasına aid təyyarənin Türkiyə hərbi aviasiyası tərəfindən vurulmasını doğru olmayan addım kimi dəyərləndirib.
Nazirlik rəsmisi həmçinin, oxşar vəziyyətdə qarşı tərəfə veriləcək qarşılıq barədə layihə hazırlandığını vurğulayıb. Açıqlamada Türkiyənin hərbbi atteşesinə rəsmi etiraz notası verildiyi bildirilib.
Rusiya Federasiya Şurası Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev
Rusiya Federasiya Şurası Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev təyyarənin vurulması səbəbindən iki ölkə arasındakı bütün təmasların müvəqqəti olaraq dayandırılmasını təklif edib.
“Rusiya – Türkiyə münasibətlərində illərdir yaranan etimad və partnyorluq - hər şey bir anda yox edildi. Etimadsızlıq və düşmənçilik geri qayıtdı.”
Rusiyaya aid "SU-24" hərbi təyyarəsi
Türkiyənin üzr istəməsini gözləmədiklərini deyən Kosaçev, Moskvanın qlobal terrora qarşı koalisiyadakı partnyorlarından reaksiya gözlədiklərini bildirib.
“Hesab edirəm ki, Türkiyə ilə bütün dövlətlərarası münasibətlər daha yaxşı bir vaxta qədər dayandırılmalıdır.”
Ötən gün Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiya hərbi aviasiyasına aid “SU-24” qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.
Hadisənin baş verdiyi Türkiyə - Suriya sərhəddi
Mənbə:> ANSPRESS