NATO: Türkiyənin haqlı olduğunu göstərən dəlillər var » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

NATO: Türkiyənin haqlı olduğunu göstərən dəlillər var

NATO: Türkiyənin haqlı olduğunu göstərən dəlillər var


Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcısının Suriya ilə sərhəddə Rusiyanın “SU-24” təyyarəsini vurmasından sonra keçirilən NATO iclası başa çatıb. ANS PRESS-in xəbərinə görə, iclasın yekunları barədə məlumat verən NATO-nun baş katibi Yens Stoltenberq, münaqişədə Türkiyənin haqlı tərəf olduğunu bildirib. Baş katib, Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozması ilə əlaqədar bildirib ki, Türkiyənin verdiyi məlumatlar doğrudur. İclasda, Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğunu göstərən radar kordinatları da alyansa özv ölkələrin nümayəndələri ilə paylaşılıb.

“Əlimizdə olan məlumatlar digər müttəfiqlərimizin məlumatları ilə uzlaşır və Türkiyənin haqlı olduğunu göstərir. Rusiyanın hava əməliyyatlarına baxdığımız zaman İŞİD-in olmadığı yerləri də bombardıman etdiyini görməkdəyik.” – deyə Stoltenberq bildirib.

Jurnalistlərdən birinin, “Əgər Türkiyə ilə Rusiya arasında gərginlik çoxalarsa nə etməyi planlaşdırırsınız?” sualına baş katib, “Gərginlik azaldılmalıdır” – deyə cavab verib.

“Gərginlik azaldılmalıdır. Ciddi bir vəziyyət var. Hamımız diqqətli olmalıyıq və Ankara ilə Moskva arasınsda təmas qurulmasını dəstəkləyirik. Təmas yaradılıb, bu müsbət bir addımdır. Belə hadisələrin təkrar baş verməməsi üçün riskləri necə azalda biləcəyimizi fikirləşirik. Bu yeni təhlükəsizlik mühiti ilə hamımız ayaqlaşmalıyıq. Şəffaflığa daha çox diqqət eləməliyik. Ortaq düşmənimiz İŞİD olmalıdır. İŞİD-lə mübarizə aparmaq üçün səy göstərməliyik. Rusiyanın da hədəfi İŞİD yox eləmək olmalıdır. Gördüyümüz budur ki, Rusiya əməliyyatlarının əksəriyyətini İŞİD-in olmadığı yerlərə istiqamətləndirib.”

NATO-nun baş katibi Yens Stoltenberq qurumun alyansa üzv olan ölkələri hər hansı bir təhdidə qarşı müdafiə etməyə hazır olduğunu, Türkiyənin də bu ölkələrdən biri olduğunu deyib.

NATO-nun iclası ötən gün Bakı vaxtıyla saat 20.00-də, Türkiyənin tələbi ilə keçirilib. İclasda alyansa üzv olan ölkələrin səfirləri iştirak edib.

Ötən gün Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiya hərbi aviasiyasına aid “SU-24” qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *