NATO Türkiyənin təhlükəsizliyi ilə bağlı təcili toplantı çağırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

NATO Türkiyənin təhlükəsizliyi ilə bağlı təcili toplantı çağırdı

NATO Türkiyənin təhlükəsizliyi ilə bağlı təcili toplantı çağırdı


NATO baş katibi Yens Stoltenberq Rusiyanın Türkiyənin hava məkanına daxil olması ilə bağlı durumu müzakirə etmək üçün NATO üzvlərini təcili toplantıya çağırıb.

BBC-nin NATO-dakı qaynaqlara istinadən yaydığı xəbərə görə, Yens Stoltenberq Rusiyanın Türkiyə hava məkanına daxil olmasını “qəbul edilməyəcək durum” adlandırıb və NATO ölkələrinin bu məsələ ilə bağlı mövqelərini açıqlamağa çağırıb.

Brüsseldə Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu ilə görüşən Y.Stoltenberq Rusiyanın atdığı addımların bölgədə təhlükəsizlik və sabitliyini yaranmasına müsbət təsir etmədiyini vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün sonra baş tutacaq Belçika səfərinə hazırlıqlar üçün Brüsseldə olan Feridun Sinirlioğlu isə öz növbəsində Türkiyə və çevrəsindəki olaylarla bağlı ölkəsinin mövqeyini açıqlayıb.

“Radikal” qəzeti yazır ki, əsas müzakirə mövzuları Rusiya hərbi uçaqlarının Türkiyə hava məkanına keçməsi və Rusiyanın Suriyaya canlı qüvvə göndərməsi ətrafında olub: “Görüşdə cənab Stoltenberq NATO-nun Türkiyənin təhlükəsizliyi üçün məsuliyyət daşıdığını, təhlükəsizliyi təhdid edən durumları aradan qaldırmaqda qərarlı olduğunu bildirib”.

Xatırladaq ki, Rusiyanın hərbi uçaqları oktyabrın 5-də Hatay ərazisində Türkiyənin hava sərhədlərini pozub. Bundan dərhal sonra Türkiyənin F-16 qırıcı uçaqları havaya qalxaraq, Rusiya uçaqlarını Türkiyə hava məkanından çıxarıb.

“Haberturk” telekanalına bu haqda açıqlama verən Türkiyənin baş naziri Ahmet Davutoğlu deyib ki, hava məkanına bütün müdaxilərlər dərhal cavablandırılacaq: “Ətrafımızda böhranlar davam edir. Türkiyənin tədbirli olması lazımdır. Atacağımız addımlar çox aydındır. Sərhədlərimizi keçən istənilən qüvvəni öncə dostca xəbərdar edəcəyik. Hansı ölkə olursa-olsun, bizim üçün fərq eləməz”.

Rusiya tərəf isə olayı “naviqasiya xətası” kimi təqdim edib. NATO bu yanaşmanı yetərli saymayaraq, təcili toplantını yaxın saatlarda keçirməyi qərara alıb.

Onu da qeyd edək ki,bu, NATO-nun son 3 ayda Türkiyə ilə bağlı ikinci toplantısıdır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *