NATO-dan Türkiyə açıqlaması
NATO-nun baş katibi Yens Stoltenberq son iki gündə Türkiyədə baş vermiş terror hadisələrinə münasibət bildirən bəyanatla çıxış edib. ANS PRESS-in məlumatına görə, Stoltenberq Hakkaridə və İqdırda 30 əsgərin ölümü ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyib. Türkiyə hökumətinə və millətinə, həmçinin şəhid olanəsgərlərin və polislərin ailələrinə başsağlığı verən baş katib heç bir səbəbin terroru leqal göstərə bilməyəcəyini vurğulayıb.
“Heç bir şey terrorru haqlı göstərə bilməz. NATO-nun müttəfiqi olan Türkiyə hökuməti və xalqı həmrəylik içərisindədir.”
NATO-nun baş katibi Yens Stoltenberq
2 gün əvvəl Türkiyə Hakkari vilayətinin Dağlarca rayonunda 16 əsgərin şəhid olması ilə nəticələnən terror hadisəsi baş vermişdi.
Ötən gün isə Naxçıvanla həmsərhəd İqdır vilayətində törədilən terror aktı zamanı 14 polis əməkdaşı şəhid olub.
Mənbə:> ANSPRESS