NATO bu ölkədə hərbi mərkəz açdı – FOTO
NATO-nun baş katibi Yens Stoltenberq ötən gün Litvada təşkilatın yeni fəaliyyətə başlayan hərbi-nəzarət mərkəzinin açılışında iştirak edib.
ANS PRESS-in məlumatına görə, mərasimdə Litva prezidenti Dalya Qribauskayte də iştirak edib. O bu yeni hərbi hissənin böyük həmrəylik, qətilik və hazırlığa doğru böyük addım adlandırıb. Həmçinin Litva ilə yanaşı, Estoniya, Latviya, Polşa, Rumıniya və Bolqarıstanda eyni mərkəzlər açılıb.
NATO-nun baş katibi Yens Stoltenberq
Məqsəd Rusiyadan gələn yeni mümkün təhlükələrə cəld reaksiya verməkdir. Bu mərkəzlərin hər birində 40 nəfərlik hərbi heyət yerləşdiriləcək.
Dalya Qribauskayte
Mənbə:> ANSPRESS