Norveç razılaşdı: raketdən müdafiə sistemləri qurulur
Norveç Baş naziri Erna Solberq NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb. Axar.az xəbər verir ki, görüşdən sonra jurnalistlətin süallarını cavablandıran baş nazir alyansın raketdən müdafiə sistemlərinin hazırki dövrdə lazım olduğunu, bu mövzuda baş katiblə razılaşdıqlarını açıqlayıb: “NATO üzvlüyünü qəbul etmişiksə öhdələri də yerinə yetirməliyik. Biz bu strategiyanın bir hissəsi olduğumuzu anlayırıq”. NATO-nun Baş katibi Stoltenberq də öz növbəsində Norveçin raketdən müdafiə olunması üçün anti-ballistik raket bazaları saxlamaq məcburiyyətində olmadığını deyib. Baş katibin fikrincə, Norveçin bu planda iştirakı müzakirə olunub. Xatırladaq ki, Norveç may ayında digər Skandinaviya ölkələri İsveç və Finlandiya ilə NATO təlimlərində iştirak edib.
Mənbə:> Axar.az