XİN: Törədilmiş terror aktını qəti şəkildə pisləyirik
Azərbaycan XİN Türkiyədə törədilmiş terror aktını pisləyən məlumat yayıb.
Oxu.Az-ın xəbərinə görə, məlumatda bildirilir:
“Biz, Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.
Terrorizmdən əziyyət çəkən dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”.
Mənbə:> Oxu.Az