ABŞ MDB ölkəsində hərbi təlimlərə başladı
Bu gündən etibarən ABŞ-Moldova hərbi təlimləri başlayır.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Moldova Müdafiə Nazirliyi yayıb. Təlimlər mayın 20-nə qədər davam edəcək. Artıq təlimlərdə iştirak üçün Moldovaya Rumıniyadan amerikalı hərbçilər gəliblər.
Rusiyayönlü Moldova müxalifəti isə ölkədə keçirilən hərbi təlimləri pisləyib. Müxalifət təlimlərin dayandırılmasına dair aksiyalara başlayacağını bəyan edib.
Qeyd edək ki, Moldova 1994-cü ildən NATO-nun Sülh naminə əməkdaşlıq proqramının üzvüdür. Hazırda bu ölkənin ərazisində Dnestryanı konflikti mövcuddur. Konflikt 25 ildir həll edilmir. Üstəlik, Dnestryanı ərazisində Rusiya hərbi bazaları da yerləşdirilib.
Mənbə:> Axar.az