Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimləri başa çatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimləri başa çatdı

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimləri başa çatdı


Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlılarının birgə iştirakı ilə Türkiyədə keçirilən hərbi təlimlər başa çatıb.

Bu barədə Oxu.Az Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verir.

Təlimlərin keçirilməsində əsas məqsəd dostluq, işbirliyi və koordinasiyanın inkişaf etdirilməsi, qarşılıqlı məlumat və təcrübə mübadiləsi, birlikdə hərəkət qabiliyyətlərinin yüksəldilməsi olub.

Təlimlərdə Türkiyədən xüsusi təyinatlı bölük, iki helikopter və bir təyyarə, Azərbaycan və Gürcüstandan isə xüsusi təyinatlı bölük iştirak edib.

Qeyd edək ki, təlimlər mayın 31-də başlamışdı.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *