"Qafqaz Qartalı" başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

"Qafqaz Qartalı" başladı

"Qafqaz Qartalı" başladı


Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi başladı. Birgə təlimlər "Qafqaz Qartalı" adı ilə keçirilir.

ANS PRESS-in məlumatına görə, bu xəbəri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Təlim may ayının 31-də start götürüb. Birgə təlim iyunun 10-dək davam edəcəyi bildirilir.

Türkiyədə keçiriləcək təlimlərin məqsədi üç ölkənin xüsusi təyinatlı qüvvələri arasında koordinasiyanı təmin etmək, qarşılıqlı təcrübə mübadiləsini həyata keçirmək, birgə əməliyyatların aparılması bacarıqlarını yüksəltməkdir.

Təlimdə Türkiyənin 1 xüsusi təyinatlı tağımı, iki çoxməqsədli helikopteri və bir nəqliyyat təyyarəsi, Azərbaycan və Gürcüstandan isə hərəsindən 1 xüsusi təyinatlı bölmə iştirak edəcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *