Müxalifət ABŞ hərbçilərinə qarşı çıxdı
Moldova Sosialistlər Partiyasının deputatları Moldova-Rumıniya sərhədini bağlayıb.
Axar.az Röyter-ə istinadən xəbər verir ki, buna səbəb bu gün Rumıniyadan Moldovaya hərbi təlimlər keçmək üçün ABŞ hərbçilərinin gəlməsidir.
İnsidentlə bağlı partiya rəhbəri İqor Dodon açıqlama verib:
“Bizim aktivistlər sərhədi bağlayıb və ölkəyə daxil olmaq istəyən hər kəsin sənədlərini yoxlayır”.
Xatırladaq ki, daha öncə Rusiyayönlü Moldova müxalifəti ölkədə keçirilən hərbi təlimləri pisləyib və təlimlərin dayandırılmasına dair aksiyalara başlayacağını bəyan edib.
Mənbə:> Axar.az