Moldova səbəb göstərmədən Bakıdakı səfirini geri çağırdı
Virtualaz.org saytı Moldova KİV-lərinə istinadən xəbər verir ki, bu ölkənin Azərbaycanla yanaşı daha 10 ölkədəki diplomatik elçiləri geri çağırılıb.
Moldova Nazirlər Kabinetinin son iclasında İqor Bodiu ilə yanaşı bu ölkənin İsveç, Belçika, Finlandiya, Litva, Estoniya, Norveç, Portuqaliya, Bolqarıstan, ABŞ və Avropa Şurasındakı səfirləri də geri çağırılıblar.
Xarici işlər naziri Natali Germanın təqdimatına əsasən qəbul edilən bu qərarın səbəbləri açıqlanmır. Lakin yerli mətbuatın yazdığına görə, Moldova hökumətinin iclasında bu qərar yekdilliklə qəbul edilib.
Mənbə:> Virtualaz.org