Moldova seçimini edir – VİDEO
Moldovada bu gün parlament seçkiləri keçirilir.
ANS TV-nin məlumatına görə, bu seçkilər bir çox mütəxəssis tərəfindən çox vacib hesab olunur. Seçicilər qarşısında iki yol - Avropayönümlü və Rusiyayönümlü siyasi kursu seçmək vəzifəsi dayanıb. Ümumilikdə seçkilərdə 19 siyasi partiya və bir siyasi blok iştirak edir. Ölkə parlamenti prezidenti seçməkdə səlahiyyətlidir. Lakin bu proses 2016-ci ildə indiki prezident Nikolay Timoftinin vəzifə müddəti başa çatdıqdan sonra baş verəcək.
Moldova bu ilin əvvəlində Avropa Birliyilə ticarət sazişi imazaladıqdan sonra Moldova məhsullarının Rusiyaya idxalına qadağa qoymuşdu. Bunun nəticəsində Moldova iqtisadiyyatına böyük ziyan dəymişdi.
Ekspertlər bu seçkilərin nəticəsində Moldovanın Ukraynanın yolu ilə gedə biləcəyindən ehtiyatlanırlar.
Mənbə:> ANSPRESS