Moldova prezidenti: Mən istefa verməyəcəm
Moldova prezidenti Nikolay Timofti Kişinyovda etirazçıların tələblərinə baxmayaraq, istefa verməyəcəyini bildirib.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Mən istefa verməyəcəyəm. Hesab edirəm ki, belə bir qərar ölkədə sabitliyi pozacaq. Hakimiyyətdəki vakuum yeni siyasi böhrana səbəb ola bilər. Mən bu vəzifəyə ölkədə 2 il yarım davam edən qeyri-sabitliyə son qoymağa gəlmişəm”, - Timofti deyib.
Prezidentin sözlərinə görə, onun istefası ölkədə yeni böhranın başlanmasına səbəb olacaq.
Qeyd edək ki, Moldovanın paytaxtında bir neçə gündür etiraz aksiyaları keçirilir.
Aksiya iştirakçıları prezident Nikolay Timoftinin istefasını tələb edirlər.
Mənbə:> Oxu.Az