Qaburiç istefa verdi
Moldovanın baş naziri Kirill Qaburiç istefa verib.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə o, Kişinyovda mətbuat konfransında deyib.
“Mənim jestim geriyə deyil, irəliyə atılmış addımdır. Ümid edirəm ki, bu addım parlamentdə yeni hakim çoxluq formalaşdırmağa imkan verəcək”, - Qaburiç deyib.
O, əlavə edib ki, addımını ölçüb-biçib.
Qeyd edək ki, Qaburiç Moldova hökumətinə bu ilin fevralından başçılıq edir. Apreldə ona qarşı təhsil haqqında sənədlərinin saxta olması ilə bağlı cinayət işi açılıb.
Mənbə:> Oxu.Az