Sarkisyandan geriyə addım » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Sarkisyandan geriyə addım

Sarkisyandan geriyə addım


"Biz müxalifətlə istənilən müzakirələrə hazırıq. "Üçlüy"ün təqdim etidiyi 12 bənddən ibarət təkliflərini də nəzərdən keçirmişik".

ANS PRESS-in məlumatına görə, bunu Ermənistanın baş naziri Ovik Abramyan bəyan edib.

Baş nazir təklif edib ki, danışıqların aparılması üçün həm müxalifət, həm də iqtidar tərəfindən 3 nəfərdən ibarət qrup yaradılsın.

"Ümid edirəm ki, qarşı tərəf bizim təklifimizi qəbul edəcək", deyə Abramyan bildirib.

Erməni mətbuatında Abramyanın bu açıqlaması hazırki hökumətin geriyə addımı kimi qiymətləndirilir.

Qeyd edək ki, ötən ay "Çiçəklənən Ermənistan", "İrs" partiyaları və Erməni Milli Konqresi İrəvanda kütləvi aksiyalar keçirmişdi. Aksiya zamanı nümayişçilər Ermənistan prezidenti Serj Sarkisyanın ostefasını tələb edib.

"Hazırkı hökumət istefa verməlidir və 2015-ci aprelin 24-nə qədər növbədən kənar parlament və prezident seçkiləri keçirilməlidir. Ölkədə iqtisadi sahədə təcili islahatlar aparılmalıdır", deyə müxalifət tələb edib. Aksiyalarda minlərlə insan iştirak etmişdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *