Moldova prezidenti Rusiyadan qoşunlarını çıxartmağı tələb etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Moldova prezidenti Rusiyadan qoşunlarını çıxartmağı tələb etdi

Moldova prezidenti Rusiyadan qoşunlarını çıxartmağı tələb etdi


Moldova prezidenti Nikolay Timofti ölkənin neytral statusuna istinad edərək Rusiyadan tanınmayan Dnestryani Moldova Respublikasından qoşunlarını çıxartmağı tələb edib.

Bu barədə Oxu.Az Independent.md nəşrinə istinadən xəbər verir.

“Mən Moldovanın mövqeyin bir daha xatırladıram: Rusiyanın qoşunları və sürsat anbarlarının ölkənin ərazisindən çıxarılması prosesi yekunlaşmalıdır. Bundan əlavə, biz beynəlxalq mandata uyğun olaraq təhlükəsizlik zonasında sülhməramlı əməliyyatın vətəndaş əməliyyatına çevriləməsinin tərəfdaşıyıq”, - Timofti deyib.

Dövlət başçısı həmçinin qeyd edib ki, Moldovanın Konstitusiyasında təsbit edilən suverenlik statusu Rusiyanın Dnestryani regionunda qoşunlarının saxladığından hüquqi nöqteyi nəzərdən etibarsızdır. O rəsmi Moskvanı Moldovanın neytralitetinə hörmətsizlikdə ittiham edərək, xatırladıb ki, Rusiya öz qoşunlarını 1999-cu ildə İstanbulda keçirilən ATƏT-in sammitində söz vermişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *