Taliblər Moldovanın vertolyotunu vurdular

Əfqanıstanda Taliban terror təşkilatının döyüşçüləri Moldova şirkətinə məxsus və BMT-nin sülhməramlı əməliyyatlarında iştirak edən vertolyotu vurublar.
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, vertolyot taliblərin nəzarəti altında olan Gündüz vilayətində vurulub.
Vilayətin polis rəisi Fəryab Sayed Ağa Sakebin sözlərinə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 18 nəfər isə yaraqlılara əsir düşüb.
Mənbə: Oxu.Az