Rusiyanın vertolyotu da vuruldu
Rusiyanın hərbi vertolyotu Suriyada vurulub.
Virtualaz.org saytı xəbər verir ki, “Reuters” bu məlumatı Londonda mənzillənən “Syrian Observatory for Human Rights” təşkilatına istinadən yayıb.
Suriyada döyüşən islamçı yaraqlılar qruplarından biri bəyan edib ki, onlar Rusiya vertolyotunu tank əleyhinə raketlə vurublar.
Xatırladaq ki, Rusiyanın Su-24 bombardmançısı bu gün Türkiyənin F-16 təyyarəsindən atılan “hava-hava” raketi ilə vurulub. Səbəb rus təyyarəsinin Türkiyənin hava məkanını pozması, 10-dan çox xəbərdarlığa məhəl qoymaması olub.
Mənbə:> Virtualaz.org