Taliblər Kunduzdan geri çəkilir
Təşkilat üzvləri bəyan edib
Ölkə.Az-ın xəbərinə görə, "Taliban" terror hərəkatının üzvləri yerli sakinlərin həlak olmasının qarşısını almaq üçün Kunduz şəhərindən geri çəkildiklərini bəyan ediblər.
Taliblərin bəyanatına əsasən, onların şəhərdə qalacağı halda sakinlər bir sıra zərbələrə məruz qala bilərdi.
Onlar bildirib ki, bu, həm də silah-sursatın qeyri-rasional formada sərf edilməsinə gətirib çıxara bilər.
Taliblər əlavə edib ki, lazım olarsa, Kunduzu yenidən ələ keçirə bilərlər.
Əfqanıstanın Kunduz şəhəri yaxınlığında “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatının xəstəxanasının atəşə tutulması nəticəsində 19 nəfər ölmüşdü.
Daxilində 200 nəfərin olduğu “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatının xəstəxanası bu gün səhər saatlarında bombardman olunub.
Amerikalı hərbçilər hava zərbəsinin endirilməsi barədə dərhal məlumatlandırılsalar da, təyyarələr onları bir saat ərzində atəşə tutub.
NATO insidentin araşdırıldığını bildirib. ABŞ ordusunun nümayəndəsi Con Kempell hadisəyə görə rəsmi üzrxahlıq edib.
Mənbə:> Olke.az