Əfqanıstanda “Sərhədsiz həkimlər” xəstəxanasını bombardman ediblər » AzNews.info -Xəbər portalı

Əfqanıstanda “Sərhədsiz həkimlər” xəstəxanasını bombardman ediblər

Əfqanıstanda “Sərhədsiz həkimlər” xəstəxanasını bombardman ediblər


Kunduzda yerləşən “Sərhədsiz həkimlər” qeyri-hökumət təşkilatının xəstəxanası aviahücumdan zərər çəkib.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, üç əməkdaş həlak olub, 30-dan çox adam isə itkin düşüb.

Binada həmin an 105 xəstə və onların himayədarları, eləcə də 80-dən çox tibb işçisi olub.

“Biz hücumdan, əməkdaşlarımızın və xəstələrimizin qətlindən Kunduzda səhiyyənin çiyinlərinə düşən ağır yükdən çox sarsılmışıq”, - humanitar təşkilatın direktoru Bart Yanssens deyib.

NATO-nun Əfqanıstandakı nümayəndəsinin ehtimalına görə, hospitala ziyan ABŞ HHQ-nin (Hərbi hava qüvvələri) zərbələri nəticəsində vurula bilərdi. O izah edib ki, Amerika aviasiyası şənbə günü səhər məhz bu rayonu bombardman edib.

“Zərbə yaxınlıqda yerləşən tibbi müəssisəyə ziyan vura bilərdi. Bu hadisə araşdırılır”, - Reuters hərbçinin sözlərindən sitat gətirib.

“Sərhədsiz həkimlər” dörd xəstəxanada: Kabul və şərqdə qonşu olan Hostda, şimalda Kunduzda və ölkənin şimalında yerləşən Laşqarqahda yardım göstərirlər. 2014-cü ildə onlar 8 minə yaxın əməliyyat və 300 mindən çox konsultasiya keçiriblər, 40 min doğuş qəbul ediblər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *