Bakıda həkimlər qopan qolu yerinə tikdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Səhiyyə

Bakıda həkimlər qopan qolu yerinə tikdilər – FOTO

Bakıda həkimlər qopan qolu yerinə tikdilər


Bakıda həkimlər amputasiya edilən əli yerinə bərha etdilər. Dövlət Gömrük Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, replantasiya əməliyyatı Gömrük Hospitalında aparılıb.

Bakıda həkimlər qopan qolu yerinə tikdilər


Hospitala müraciət edən 26 yaşlı pasient C.A.Muradovun əməliyyatı hospitalın mütəxəssisləri - tibb elmləri namizədi, travmatoloq-ortoped Ramin Rzayev, tibb elmləri namizədi, damar cərrahı Sabuhi Dadaşov, tibb elmləri namizədi, həkim-cərrah Namiq Bədirxanov tərəfindən həyata keçirilib.

Sağ qolu travma nəticəsində amputasiya olmuş xəstə Mərkəzi Hospitalda əməliyyata alınıb, 10 saatlıq əməliyyatdan sonra replantasiya (kəsilmiş toxumanın tikilməsi) uğurla başa çatdırılıb.

Xəstənin travma nəticəsində qopmuş sağ qolunun uzun müddət qanla təchizatının olmamasına və bu cür hallarda əməliyyatın uğurlu keçməsi ehtimalının az olmasına baxmayaraq, həkimlərin səyi nəticəsində travma almış arterial və venoz damarlar, bazu sümüyü və əzələlər, eyni zamanda sinir damarları müvəffəqiyyətli şəkildə bərpa edilib.

Əməliyyatdan sonrakı dövrdə qolun qanla təchizatı tam bərpa edilib.
Xəstənin əmək qabiliyyətinin bərpası 8-12 ay ərzində nəzərdə tutulur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *