Yəməndə içki zavodu bombardman edilib: 36 ölü
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənin şimalında zavodu bombardman etməsi nəticəsində ən azı 36 nəfər ölüb.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, zərbələr Hacca əyalətində şüşələnmiş içkilərin istehsalı zavoduna endirilib.
“36 işçinin meyiti artıq çıxarılıb. Onların hamısı yanıb”,- agentliyə şahidlərdən biri məlumat verib.
Mənbə:> Oxu.Az